Şahbaz Şamıoğlu31.05.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Şahbaz Şamıoğlu
Azərbaycan ədəbiyyatına bir-birindən gözəl və dəyərli incilər bəxş etmiş xalq şairi Nigar Rəfibəylinin ədəbi irsi dəfələrlə nəşr edilsə, ayrı-ayrı ədəbiyyatşünaslarımız tərəfindən təhlil süzgəcindən keçirilsə də, bu böyük lirikin yaradıcılığının ilk çağları, daha konkret desək, ədəbi aləmə nə vaxt qədəm basması məsələsi müəyyən aydınlaşdırma tələb edir. Zahirən xırda məsələ kimi görünsə də, əslində, ədəbiyyatda öz sözünü demiş hər bir yazarın həyatı və yaradıcılığı ilə bağlı hətta kiçicik detal belə zəruri və qiymətlidir…
Araşdırıcılar Nigar Rəfibəylinin ədəbiyyata ötən əsrin otuzuncu illərində gəldiyi qənaətindədirlər. 1988-ci ildə «Maarif» nəşriyyatında ali məktəblər üçün dərs vəsaiti kimi çap olunan «Azərbaycan sovet ədəbiyyatı»nda oxuyuruq: «Otuzuncu illərin əvvəllərində ədəbiyyata gələn şairin ilk «Şeirlər» kitabı 1934-cü ildə nəşr olunur. Mir Cəlal vaxtilə bu kitabın bədii məziyyətləri haqqında məqalə yazıb şairənin uğurlu gələcəyinə inamını bildirmişdir. O zaman ədib və ədəbiyyatşünas kimi tanınmış Mir Cəlalın bu inamı tezliklə özünü doğrultdu» (səhifə 349-350). Görünür, araşdırıcılar şairin ilk şeirlər kitabını böyük poeziyaya uğurlu vəsiqə hesab etdiklərindən onun ədəbiyyata gəlişini də həmin dövrlə bağlayırlar. Lakin şairlə yaxından tanış olan, onun ömür və yaradıcılıq yoluna yaxından bələd olan insanların yazılarından bəlli olur ki, Nigar Rəfibəyli hələ erkən yaşlarından poeziyaya böyük maraq göstərmişdir və çox ehtimal ki, ilk qələm təcrübələri də hazırda göstərilən tarixlərdən əvvələ aiddir. Zənnimizcə, şairin ədəbiyyata ötən əsrin iyirminci illərinin sonunda gəldiyini söyləmək daha doğru olardı. Bunu araşdırmalarımız zamanı rastlaşdığımız bir fakt da təsdiqləyir. Lakin bu barədə bir qədər sonra… …Şairin latın qrafikalı əlifba ilə 2002-ci ildə «Şərq-Qərb» nəşriyyatında çap olunmuş «Seçilmiş əsərləri»nə «Sahilsiz dəniz» sərlövhəli olduqca dolğun və dəyərli ön söz yazmış görkəmli ədəbiyyatşünas, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyev də Nigar Rəfibəylinin hələ erkən yaşlardan poeziya vurğunu olduğunu, yaradıcılığının ilk çağlarından etibarən diqqətləri cəlb etdiyini, bir-birindən gözəl lirik şeirlər yazdığını, ədəbi aləmdə tez bir zamanda parladığını qeyd etmişdir. Xatırladaq ki, ədəbiyyatşünaslığımızda Nigar Rəfibəylinin ilk mətbu şeirinin «Çadra» olduğu və Tiflisdə nəşr edilən «Dan ulduzu» jurnalında işıq üzü gördüyü qənaəti mövcuddur. Həqiqətən də Nigar Rəfibəylinin həmin şeiri Yeni Türk Əlifbası Gürcüstan və Ermənistan komitələrinin orqanı olan bu ədəbi-bədii dərginin 1929-cu il 1-2-ci sayının (birgə nömrə) 20-ci səhifəsində çap edilmişdir. İş burasındadır ki, bu, şairin həmin jurnalda çap olunan birinci şeiri deyildir. «Çadra»nın dərcindən düz bir il əvvəl, «Dan ulduzu»nun 1928-ci il 1 (13)-ci sayında (səhifə 8) Nigar Rəfibəylinin «Yeni həyat yollarında» şeiri işıq üzü görmüşdür. Beş bənddən ibarət həmin şeirdə Əminənin timsalında burjua və sovet dövründə Azərbaycan qadınının yaşam tərzi bədii dillə müqayisə olunmuşdur. Şübhəsiz ki, siyasi quruluşun tələblərinə əməl etməli olan şair əvvəlki dövrün «qaranlıq»larını qabarıq verməyə məcbur idi. O dövrün ideologiyası ilə səsləşməsini bir kənara qoyub, maraq üçün şairin ilk mətbu şeirinin bəzi misralarına nəzər salaq: …Baharın titrəyir ən son nəfəsi, Ruhunda vədayin bir bəsdəsi var. Bir xəstə kadının yalvaran səsi Kibi inləyirdi imdi son bahar. Nazlı «kırizanta» boynunu bükmüş, İpək yaprakların yerlərə tökmüş, Hər tərəfə dərin bir matəm çökmüş, Gözəl bülbül Məcnun kibi kan ağlar… Unutmayaq ki, bu ilk şeiri mətbuatda çap olunanda şairin cəmi 15 yaşı vardı və sənətkarlıq baxımından görkəmli lirikin sonrakı illərdə qələmə aldığı poeziya nümunələri ilə bir sırada dayana bilməsə də, rabitə və kommunikasiyanın yox dərəcəsində olduğu həmin dövrdə Tiflisə şeir göndərməsi onun ədəbiyyata böyük yanğı hissilə can atdığından xəbər verir. Şairin ilk yaradıcılıq nümunələrində mövcud ideologiyanın nəfəsinin duyulmasını isə təbii saymaq lazımdır. Akademik Bəkir Nəbiyev yazır: «İlk yaradıcılıq çağlarından Nigar Rəfibəylinin inqilaba, quruluşa, sonralar, 1940-50-ci illərdə Stalinə bəzi şeirlər həsr etməsinin əsas səbəbini başa düşmək, əlbəttə, çətin deyil. O, ətrafında baş verən dəhşətli hadisələri, rəsmi dairələrin dediyini deməyən sənətkarların necə təhdid və təqib olunduğunu görürdü…» Üstəlik, ən maraqlısı və dəhşətlisi bu idi ki, Nigar Rəfibəyli ilk şeirlərinin çapından cəmi iki-üç il sonra siyasi dairələrdə və mətbuatda total hücumlara məruz qalmış, bir sıra partiya məddahlarının hədəfinə çevrilmişdir. Öz istedadı, daxildən gələn qarşısıalınmaz ülvi hissləri ilə ədəbiyyata təzəcə qədəm basan yeniyetmə bir qızın üzərinə hər tərəfdən düşüb, onun bəy-xan keçmişini addımbaşı üzünə çırpan lakeylər kəpənəyin zərif qanadlarını sındırmaqla partiya və hökumət qarşısında «borc»larını layiqincə yerinə yetirmək yarışına çıxsalar da (zaman belələrinin qiymətini verdi), Nigar Rəfibəyli mətinliyi, sınmazlığı, iradəsi hesabına ayaq üstə durmağı bacarmış, özünü ədəbiyyatda təsdiqləmişdir. Bəlkə də şair, qarşıda onu gözləyən tufanlar və qasırğaları sövq-təbii öncədən duyduğundan özünü qorumaq üçün ilk şeirlərində dövrün tələblərini nəzərə almışdı. Buna baxmayaraq, ilk qələm təcrübələri də daxil olmaqla onun bütün əsərləri bizim üçün qiymətlidir və «Yeni həyat yollarında» şeirinin də şairin kitablarına salınması məqsədəuyğun olardı. Yeri gəlmişkən, bu vaxta qədər şairin ilk şeiri hesab olunan «Çadra» ilə bağlı iki məqam üzərində dayanmağa dəyər. Öncə onu deyək ki, «Çadra» şairin bəzi kitablarında, o cümlədən yuxarıda adını çəkdiyimiz «Seçilmiş əsərləri»ndə iki bənd şəklində təqdim olunmuşdur. Halbuki «Dan ulduzu» jurnalının məlum sayında şeir üç bənddən ibarətdir. Aşağıdakı – ikinci bənd, görünür, məlum mülahizələrə görə ixtisara salınmışdır: Kızıl bayrağının şərəfli kölgəsində İsyan dolu ruhunun coşqun odları parlar; Son nəğmənin son sözü titrər nazlı səsində Annə! Bakışlarında ümmid alavları var… Kitabda ikinci (əslində, üçüncü – Ş.Ş.) bəndin birinci misrası isə təhrif olunub və bu da leksik normanın pozulmasına gətirib çıxarıb: «İşıqlı gözlərinin yorğun qanadlarından…» «Dan ulduzu»nda çap olunmuş ilkin variantda həmin misra belədir: «Uykulu gözlərinin yorğun kapaklarından…» Qeyd edək ki, N.Rəfibəylinin «Çadra» şeirinin çap olunduğu jurnalın həmin sayında (1929-cu il, ¹1-2) böyük şairimiz Rəsul Rzanın «Dilara» hekayəsi də işıq üzü görmüşdür. Beləliklə, çəkinmədən söyləmək olar ki, Nigar Rəfibəyli ədəbiyyata keçən əsrin iyirminci illərinin axırlarında gəlmişdir və «Yeni həyat yollarında» onun ilk mətbu şeiridir. P.S. Şairin şeirlərindən gətirilən nümunələrdə dil və üslub «Dan ulduzu»nda olduğu kimi saxlanılmışdır. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı