Gülşad Baxşıyeva27.01.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşad BaxşıyevaAzərbaycan respublikasında aktyor sənətinin proqram tələbləri dünyada qəbul edilmiş K.S.Stanislavski sistemi əsasında aparılır. K.S.Stanislavski sistemi səhnə və aktyor texnikasının əsaslandırılmış elmi nəzəriyyəsi və metodunu özündə əks etdirir. Bu sistem aktyora sənətin sirrələrinə yiyələnməkdə, artistlik texnikası prinsiplərinin zənginləşdirilməsində köməklik göstərərək, hədsiz bəhrəsini verməkdə davam edir. Pedaqoji nöqteyi-nəzərindən sistemin bütün məziyyətlərini bu günün tələblərindən çıxış edərək tələbələrə aşılamaq səbr, təmkin və böyük güc tələb edir. Belə bir vəziyyətdə sənət dərslərini tədris edən pedaqoqların üzərinə böyük məsuliyyət düşür. Bu mənada K.S.Stanislavski sistemi akytor sənətinin özülünü qoymaq üçün yeganə və etibarlı yoldur. Yeganə və etibarlı yol məfhumu anlayışı dedikdə, teatr xadimləri sənət aləmində bir çox üslubların müvəffəqiyyətlə vüsət tapıb inkişafını göstərərək bunun ziddiyyətli fikir olmasını sübut edə bilərlər. Lakin arxitekturada olduğu kimi özül üstündə yüksəldilmiş evin üslubunu təyin etmədiyi kimi K.S.Stanislavskinin sistemi də onun dirəkləri əsasında yaradılmış müxtəlif tamaşaların üslubunu təyin etməyir. Sistem ancaq müxtəlif üslubun təbii və orqanik yaranmasına, yaradıcılıq fəaliyyətinin yüngülləşməsinə, onu alışdıraraq stimullaşdırılmasına, rejissor və aktyorun demək istədiyi sözün aşkara çıxarılmasına kömək edərək, onu heç bir daxili formalarla məhdudlaşdırmayır. Əksinə, bütün bu məsələlərdə onlara çox geniş yaradıcılıq azadlığı bəxş edir. K.S.Stanislavski sisteminin birinci bölməsi, «Aktyorun öz üzərində işi» probleminə həsr edilir. «Bu da elə bir inadkarcasına və metodiki şəkildə aparılan məşqlərdir ki, onlar özü-özlüyündə balet artistinin, pianoçunun, idmançının yorulmaq bilmədən arasıkəsilməz iş prosesini xatırladır». K.S.Stanislavskinin fikrincə bu cür iş fəaliyyəti yaradıcılıq sahəsində texnikanın bütün sirrlərinə tam nail olmaq istəyən artistin daxili tələbatına çevrilməlidir. Məhz bunun üçün də ilkin iş prosesində mütəşəkkilliyin əldə edilməsi və əzələ sərbəstliyinə nail olmaq kimi iş prosesi aktyor sənəti pedaqoqikasında əsas məsələlərdən biri kimi götürülməlidir. Əvvəla tədris ilinin əvvəli tələbələrlə tanışlıq nəticəsində onların fərdiyyətini duyub, öyrənmək mərhələsidir. Təbii ki, bu mərhələ bütün tədris ili ərzində davam edə bilər. İşin ilk mərhələsini mütəşəkilliyə dair çalışmalar əhatə edir. Pedaqoq aktyor tələbələrə dörd il mütəmadi aktyor sənətinin sirrlərini öyrədir. Bu müddətin pedaqoji baxımdan yazılan və yazılmayan qanunları vardır. Müəllimin dərs ərzində yaratdığı özünəməxsus yaradıcılıq atmosferinin özü də çalışma ola bilər. Məsələn, qrupda müəllimin yaratdığı vərdişlər əsasında tələbələrin bir orqanizm kimi fəaliyyət göstərməsi artıq mütəşəkkilliyin toxumlarını səpmək deməkdir. Pedaqoqun auditoriyaya daxil olması nəticəsində tələbələrin topluluğu, müxtəlif jest və intonasiya çalarlarını işlətməklə onları partnyoru duyma prosesinə fəal qoşulmaq vərdişini aşılayır. Mütəşəkilliyə dair çalışmalar sadə hərəkətlər olduğundan çox vaxt tələbələrin təəcübünə səbəb olur. Onlara elə gəlir ki, bunları icra etmək çox asandır. Məsələn, çalışmalarda bir yerdən başqa yerə keçmək, şahmatvari şəkildə düzülmək, stulların yerlərini dəyişdirmək, iki cərgəyə düzülərək yerləri dəyişmək, dairə yaratmaq və s. kimi tapşırıqları tələbələr asanlıqla yerinə yetirə bilərlər. Lakin çalışmalar küylü, qeyri-dəqiq, qeyri mütəşəkkil surətdə yerinə yetirilir. Bu çalışmaları ideal vəziyyətə gətirmək üçün pedaqoq kursda nizam-intizam yaratmalıdır. Belə ki, çalışmaların özündə tələbələri nizam-intizama dəvət edən özəklər olmalıdır. Bu cür özəklər kollektivin ürək kimi bir ritmlə döyünməsinə şərait yaradaraq kollektiv teatr sənətinin təcrübədə əks etdirilməsinə təkan verir. Getdikcə daha mürəkkəb «gözbağlıca», «biletsiz sərnişinlər», «çap maşını», «ürəkdə və ucadan oxumaq məqsədiilə mahnı» ifası çalışmaları mütəşəkilliyi artırmaqla tələbələrdə sıxıntı və gərginliyin azalmasına səbəb olaraq, onları iş görməyə hazırlayır. Mütəşəkillik çalışmaları zamanı pedaqoq tələbələri kollektiv işdə dəqiqliyə, daxili topluluğa və sənət sevgisinə daha dərindən yoluxmağa alışdıraraq, onlarda məsuliyyət hissi aşılamağı bacarmalıdır. Pedaqoq bilməlidir ki, bu uzun yolun uğuruna təminat verəcəkdir. Bu işdə isə tələsmək olmaz. Bəzən nəticəni tez əldə etmək istəyən, tələsən tələbələrə marafon qaçış növünü misal çəkmək yerinə düşür. Burada qələbəni sürətlə məsafəni qət etmək istəyən idmançı deyil, gücünü düzgün bölməyi bacaran, təmkinli idmançı qazanır. Çünki instinkt şüurla doğmalaşır. Yalnız belə olan surətdə effektli iş yaranır. Çalışmalar zamanı tələbələrin nə dərəcədə diqqətli olmasını müşahidə edərək, qeydiyyat aparmaq məqsədə uyğundur. Həkimlər hər bir xəstə üçün xəstəlik tarixçəsi tutduğu kimi biz də tələbələrin fərdi fəaliyyətinin tarixçəsini izləyərək qələmə almalıyıq. Bu həm pedaqoqun, həm də tələbənin düzgün və rahat fəaliyyət göstərməsinə kömək edir. Məsələn, bir tələbə diqqətlidir, lakin təxəyyülü zəifdir, və ya birinin təxəyyülü zəngin, lakin diqqəti isə yayınır. Belə olan surətdə fərdi məşqələlərdə təxəyyülü zəif olana daha çox təxəyyülə aid, diqqəti zəif olana isə diqqəti artırmaq üçün məşqələlər daha çox verilməlidir. Qrupda mütəşəkilliyi tam əldə etdikdən sonra əzələ sərbəstliyi məşğələlərinə keçmək lazımdır. Mütəşəkillik məşğələləri tələbələrin yaradıcılığında məsuliyyət hissi ilə yanaşı instinktlə şüurun vəhdətini təmin etmiş olur. Bəzən bu məşğələlərə daha çox vaxt ayırmaq tələbləri quruluğa və çərçivəyə də sala bilər. Sadəcə olaraq pedaqoq tələbələrin təbiətində istənilən məxrəci duyduqdan sonra məsuliyyətlə görülən işin sərbəst təcəssümünə keçməkdən ötrü əzələ sərbəstliyinə dair məşqələləri ön plana keçirməlidir. Əlləri ani gərginləşdirərək boşaltmaq kimi sadə məşqələlər bu işin ilkin mərhələsini təşkil etməlidir. Məşqələnin gedişatı nəticəsində artıq gərginlik və sərbəstliyin nə demək olduğunu dərk edən tələbələrə bədənin hər hansı bir hissəsini gərginləşdirərək bu gərginliyin nə dərəcədə onlara mane olduğunu hiss edib, ondan azad edilməsi kimi məşqələlər işin ikinci mərhələsini təşkil etməlidir. Daha çox gərgin olan tələbələr bu cür məqsədyönlü məşğələlərdə özlərini sərbəst hiss edərək gördükləri işə daha da inam və cəsarətlə yanaşırlar. Lakin elə tələbə olur ki, bu cür maneələri aşa bilməyir. Belə olan surətdə həmin tələbəyə bütün enerjisini ovçunun içərisində toplayaraq, xəyalən kimə isə zərbə etdirmək məşqələsini vermək tövsiyə olunur. Əzələ gərginliyindən xilas olmaq çox mürəkkəb məsələdir. Bu bir başa əsəb sistemi ilə əlaqədardır. İndiki dövrdə streslərlə qarşılaşmaq adi bir hala çevrilmişdir. Sosial mühütdə işi düz gətirməyən və ya iqtisadi vəziyyəti qeyri qənaətbəxş olan şəxslər əsəblərinin tarazsızlığı isbatından gərginlik keçirirlər. Bu zaman onların hərəkətlərində aqressiv ovqat duyulur. Bəzən onlardan kimisi qışqırıqla, kimisi divarı əllərilə döyəcləməklə, kimisi odun yarmaqla mənfi enerjidən doğan gərginliyi bədəndən kənara çıxararaq sərbəstləşirlər. Əlbəttə, bu məsələyə müxtəlif rakurslardan baxmaq olar. Lakin bundan yaxa qurtarmaq üçün istər standart, istərsə də qeyri standart metodika yolu öz bəhrəsini verirsə deməli həmin proses məqbul hesab edilməlidir. Tələbələrə daha sonra bədənin vəziyyətini bir neçə dəfə dəyişərək gərginliyin harada olduğunu yoxlayıb, ondan azad olmaq üçün məişətdə hər zaman qarşılaşdığımız məqamlarla bağlı vəziyyətləri doğrultmağa dair məşğələlər təklif olunur. Məşğələnin tərkibində təxəyyülə dair məqamlar tələbələr tərəfindən daha maraqla qarşılanır. Tutaq ki, bədənin vəziyyətini dəyişərkən tələbənin boyun nahiyyəsində daha çox gərginlik hökm sürür. Bu surətdə tələbə gərginliyi aradan qaldıraraq, vəziyyəti doğrultmalıdır. Belə olan surətdə əzələ gərginliyindən azad olmaq üçün tərkibində təxəyyül elementləri ilə bağlı olan məşqələlərə üstünlük vermək effektli yollardan biri sayılır. Məsələn, tutaq ki, boyun nahiyəsindəki gərginlikdən azad olmaq lazımdır. Bu surətdə tələbələrə guya kimdən isə utanaraq başı aşağı endirmək, yorğunluğu aradan qaldırmaq üçün boyun nahiyəsini ehmalca dairə boyunca hərəkət etdirmək, dincəlmək məqsədi ilə kresloya əyləşərək boyunu rahatca ona söykəmək kimi təklif olunmuş vəziyyətlər tapşırılır. Qeyd etmək lazımdır ki, əzələ gərginliyindən tam yaxa qurtarmağın özü belə yaradıcılıq üçün təhlükə yaradır. Bədəndəki enerjinin çoxusunu itirərək heysiz qalmaq, melanxolik vəziyyətə düşmək kimi hallar tamaşaçılarda artistə, onun oyununa, şəxsiyyətinə, cəmiyyətdəki mövqeyinə qarşı marağını itirir. Tamaşa qabağı bəzən çox gərginlik keçirən aktyorlar xəyalən ağır yük qaldıraraq əllərini yuxarı qaldırıb sonra boşaldırlar. Bunun özünün də bir həddi olmalıdır. Aktyor gərginliyini yaradıcılıq üçün səhnə əhvalına uyğun tənzimləməlidir. Yaradıcılıq zamanı bədəndə adrenalin çoxalaraq həyəcan və gərginlik doğurur. Sözsüz ki, gərginlikdən tam azad olmaq mümkün deyildir. Yaradıcılıq zamanı səhnədə fəaliyyət göstərən artistin bədənində nisbi də olsa gərginlik qalır. Bu gərginlikdən qorxmaq lazım deyildir. Mərhum aktyor Məlik Dadaşov uzun müddət səhnədə çalışdığına baxmayaraq hər zaman səhnəyə daxil olarkən gərginlik keçirirdi. Fikrimizi ona yönəldək ki, hər bir sənətkar bədəndə yalnız mənfi enerjini çıxararaq, daxili səhnə əhvalı üçün yaradıcılığı stimullaşdıran müsbət enerjini saxlamağı bacarmalıdır. K.S.Stanislavski demişdir: «bədən ifadəli, həssas, fəal, möhkəm, çalışqan, yaxşı yağlanmış avtomobilin sükanı və təkərlərinin bir-biri ilə tam qarşılıqlı həmrəyliyinin vəhdətini ifadə etməlidir». Xəstə öz həkimi olduğu kimi tələbə aktyorlar da mütəmadi olaraq qeyri-iradi meydana çıxan əzələ gərginliyi ilə daim mübarizə aparmalıdırlar. Əzələ gərginliyi məşqələlərinə dair mövzusunu realist teatr dünyasının öndəri K.S.Stanislavskinin sözləri ilə bitirmək məqsədə uyğun olardı. «Özünü yoxlama prosesi və lüzumsuz gərginliyin aradan qaldırılması avtomatizm dərəcəsinə çatdırılmalıdır». Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı