Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Aygün Eyvazlı

Demokratik prosesdə genderin rolu ®

21.03.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Aygün Eyvazlı

     İnsan cəmiyyəti bircinsli şəkildə deyil, müxtəlif tərkibdə təşəkkül etmiş, öz inkişafı boyunca onu təşkil edən sosial stratlar-ictimai təbəqə və qruplar daha da çoxalmışdır. İnsan cəmiyyətinin ən sadə bölgüsünün əsasını isə bioloji cins təşkil edib. Bu əsasa görə cəmiyyət kişi və qadınlara bölünmüşdür. Buna görə da kişi və qadın qarşılıqlı münasibətləri ilkin və «əbədi» problem kimi bəşər cəmiyyətini bütün inkişaf mərhələlərində müşaiyət etmişdir.
    Patriarxat qaydaların hakim olduğu cəmiyyətdə birinci yeri kişilər tutmuş, qadınlar isə ikinci yerə sıxışdırılmış, onların kişidən-ərdən asılılığı leqitimləşmişdir. Belə bir bərabərsizliyə uyğun olaraq kişi və qadın qarşılıqlı münasibətləri, «kişilik» və «qadınlıq» haqqında müəyyən təsəvvürlər formalaşmış, cins-rol qaydaları müəyyənləşmiş, nəticədə insan fəaliyyətinin bütün sahələrində qadınların hüquqları məhdudlaşdırılmışdır. Getdikcə daha çox və müxtəlif sosial stratlara ayrılan insan cəmiyyəti öz inkişafının müəyyən mərhələsində, yəni daha mürəkkəb sosial-iqtisadi münasibətlərin meydana gəldiyi şəraitdə bu uyğunsuzluq– qadınların asılı sosial statusu, asılı sosial rolu cəmiyyətin irəliləməsinə daha kəskin şəkildə maneçilik törətməyə başladı. Belə ki, kişi və qadın qarşılıqlı münasibətləri cəmiyyət həyatının bütün sahələrində- siyasi, iqtisadi, mənəvi, mədəni, sosial, psixoloji və s. sahədə ifadə olunurdu. Beləliklə «qadın azadlığı» probleminin həlli həyat tələbi kimi cəmiyyətin qarşısında durdu.
    Sosial stratifikasiyada- cəmiyyətin ictimai təbəqə və qruplara bölgüsündə baş verən dəyişikliklər fərdin cinsdən asılı olan sosial statusunda, hüququnda böyük dəyişikliklərə gətirib çıxartdı. Qərbdə özünü ilkin göstərən kapitalist münasibətləri və demokratik prinsiplərin inkişafı qadınların hüquq bərabərliyi məsələsini daha açıq şəkildə ortaya qoydu. Qərbdə qadınların hüquq bərabərliyi uğrunda hərəkat 18-ci yüzildə ortaya çıxdı. Feminizm adını alan bu hərəkat getdikcə fəallaşdı. Haqqında danışacağımız yeni dünya görüşü, cəmiyyət və fərd həyatının yeni idrak situasiyası olan qender bu hərəkat ilə vasitəsiz şəkildə bağlıdır.
    Feminizm hərəkatı XIX yüzilin ortalarında daha kütləvi xarakter aldı və bu coşğunluq 20-ci yüzilin əvvəllərinə qədər davam etdi. Bir qayda olaraq bu dövrü feminizmin, qadın hərəkatının «birinci dalğası» adlandırırlar. «Birinci dalğa»nın ən fəal və görkəmli təmsilçiləri sufrajistlər- qadınların kişilər ilə bərabər seçki hüququ uğrunda mübarizə edənlər idi. Bu dövrdəki qadın hərəkatı liberal feminizm kimi xarakterizə olunur. Liberal feminizmin qarşısında duran başlıca məsələ qadınların kişilər ilə bərabər siyasi hüquqa nail olmasını təmin etmək idi. XX yüzilin 30-cu illərinə qədər dünyanın bir çox ölkələrində qadınların kişilər ilə bərabər seçki hüququ təmin edildi. Ancaq Fransa, Rumıniya, İtaliya, Yuqoslaviya və Çin kimi ölkələrdə isə qadınlar seçki hüququnu ikinci dünya müharibəsindən sonra əldə etdilər. XX yüzilin əvvəllərində, yeni yüzilin ikinci onilində Azərbaycan (şimal) qadınları da kişilər ilə bərabər seçki hüququ qazandılar. Ümumiyyətlə, XX yüzilin birinsi yarısında liberal feminizmin qarşısında duran başlıca məsələlərin həlli başa çatdı. Liberal feminizm hüququ və siyasi bərabərliyin konseptual əsaslarını qoydu və bu əsaslar sonrakı illərdə getdikcə inkişaf etdirildi.
    XX yüzilin 60-cı illərindən beynalxalq feminizm hərəkatı yenidən fəallaşdı. Kişi və qadın qarşılıqlı münasibətlərində, qadınların sosial statusunda, sosial rolunda dəyişiklik daha kəskin şəkildə Qərb ölkələrində özünü göstərdi. XX yüzilin 60-cı illərində ABŞ-da və bir sıra Qərbi Avropa ölkələrində tələbə etiraz hərəkatı genişləndi. Bu solçu etiraz hərəkatında radikal və ya inqilabi feminizm ortaya çıxdı. Beləliklə, Qərbdə feminizm hərəkatının «ikinci dalğa»sı başlanmış oldu. Radikal feminizm liberallardan fərqli olaraq kişilərin kişilər üçün qurduğu bütün cəmiyyətə qarşı «müharibə» elan etdi. Bununla belə, bu dövrdə liberal feminizm tərəfdarları da fəaliyyətlərini gücləndirdilər.
     Radikal feminizm hərəkatının iştirakcıları cəmiyyəti, kişi və qadın (cinslərarası) qarşılıqlı münasibətlərindəki mövcud durumu islahat yolu ilə deyil, zorakılıqla, inqilabi yol ilə dəyişdirməyi, ortadan qaldırmağı qarşıya qoyurdular. Radikallar bir-birinə qarşı duran bir neçə qrupa bölünsələr də cinslərarası münasibətlərdəki bərabərsizliyi zorakılıqla aradan qaldırmaq məsələsində birləşirdilər.
    Feminist hərəkatın digər bir istiqaməti marksist (sosialist) feminizm idi. Marksist feminizmə görə qadının azadlığı yalnız sinifli cəmiyyətin ləğvi ilə mümkün ola bilərdi. Sonralar marksist feminizmin ideyaları xeyli dəyişmiş halda radikal feminizmin siyasi ideyalarına qarışdı.
    Feminizm hərəkatının yeni mərhələsində mədəni, humanist, irqi (zənci), Milli (Latın Amerikasında), dini (müsəlman, iudaist, xristian və s.) feminist istiqamətlər də təşəkkül etdi. XX yüzilin 70-ci illərinin axırlarından isə ekofeminizm cərəyanı özünü göstərdi. Radikal feminizmdən fərqli olaraq sosial mübarizədə zorakılığı qəbul etməyən ekofeminizm ekoloji mühitin qorunmasında qadınların hüquq bərabərliyi uğrunda hərəkat idi. Ümumiyyətlə qısaca şəkildə ifadə etsək, deyə bilərik ki, XX yüzilliyin 2-ci yarısında feminizmi postfeminizm və ya müasir feminizm əvəz etdi. Bu baxımdan feminizm bir çox məqamlarda postmadernizmlə uyğun mövqedə durur. (baxmayaraq ki, onların qarşı-qarşıya gəldikləri cəhətlər də var). Bütün istiqamətləri ilə feminizm hərəkatı XX yüzilin 70-ci illərinin ortalarına doğru bir sıra, cəmiyyətlərin ictimai şüurunda böyük dəyişiliklər yaratdı.
    XX yüzildə həm fərd, həm də cəmiyyət həyatında baş verən mühüm sosial-mədəni dəyişikliklər, kişi və qadın qarşılıqlı münasibətləri haqqında təsəvvürlərdə öz əksini tapdı. Belə ki, müxtəlif cəmiyyətlərdə kişi və qadın «mahiyyəti» haqqında təsəvvürlərdə bu və ya digər dərəcədə dəyişikliklər özünü güstərdi. Qadınların istər ailə, istərsə də sosial sahədə durumu xeyli dərəcədə dəyişdi və qadınlar yeni status- rol qazandılar. Artıq qadının kişidən keçmiş asılılığı öz mütləq xarakterini itirdi. Beləliklə, qadının sosial roluna, cəmiyyət və ailədəki yerinə dair bir çox sabitləşmiş təsəvvürlər- stereotiplər dəyişdi, hətta bəzisi ortadan qalxdı.
    Bu dövrdə cins probleminə fəlsəfi yanaşmada da dəyişiklik özünü göstərdi. XX yüzildə feminizm həhəkatı kontekstində cins probleminə iki başlıca yanaşma- esensialist və konstruktivist yanaşması müəyyənləşdi. Birinci yanaşma feminizmin birinci mərhələsinə, ikinci isə müasir feminizmə xarakterikdir. Essensialist baxışa görə, özünü sosial münasibətlərin bütün səviyyələrində göstərən cinsi təbəqələşmə (differensiasiya) kişi və qadınların əzəli bioloji fərqindən irəli gəlib; konstruktivist və ya mədəni relyativist baxışa görə isə cinslər arasındakı bioloji fərqlər nəzərə alınmaqla, yenə də cinsiliyin və cinsiyyət fərqlərinin sosial təşkili prosesi başlıca əhəmiyyət daşıyır.
    Hər iki yanaşmanın məqsədi cinslərarası qarşılıqlı münasibətlərdəki ziddiyyətlərin iqtisadi, siyasi, sosial, mədəni, psixoloji, linqvistik və s. sahələrdə, ümumiyyətlə insan fəaliyyətinin bütün sahələrində kişi və qadın davranışlarındakı fərqlərin, «kişiliy»in və «qadınlığ»ın müəyyənləşməsinin başlıca səbəbini izah etmək idi. Yəni hər iki baxış cəmiyyət həyatının bütün sahələrində kişi və qadın davranış və qavrayışındakı fərqlərin myəyyənləşməsində təbiətinmi, mədəniyyətinmi, bunu başqa sözlə desək, bioloji cins fərqininmi, yoxsa sosial-mədəni prosesinmi başlıca səbəb kimi çıxış etdiyinə cavab verirdi.
    Feminist xarakterli problemlərin həllinə yönəlmiş elmi araşdırmaların inkişafı əhatə dairəsi daha geniş olan yeni məzmunlu, yeni xarakterli elm sahəsinin təşəkkülünə yol açdı. Nəhayət, XX yüzilin 80-ci illərinin axırlarında Qərbdə qender araşdırmaları adını alan müstəqil elm sahəsi yarandı. Feminist araşdırmalar sırf qadın problərinin araşdırılması ilə məşğul idi. Gender araşdırmaları isə cəmiyyət həyatının bütün sahələrində kişi və qadın münasibətlərinin təzahürlərini, nəticələrini araşdırmağı qarşısına qoyurdu. O, sosial-mədəni konstrukt olaraq həm kişi, həm də qadın problemlərini əhatə etdiyi aydın oldu . Bu isə feminist araşdırmalardakı birtərəfliliyi, natamamlığı aradan qaldırırdı. Qərbə nisbətən, postsovet məkanında bu müstəqil elm sahəsinin yaranma, təşəkkül tarixi bir qədər sonraya təsadüf edir.
    Gender araşdırmaları kişi və qadın cinsinin qarşılıqlı münasibətləri problemlərini müxtəlif səviyyədə şərh edən siyasi, iqtisadi, sosial, dilçilik və s. kimi nəzəriyyələr üçün ümumi bir anlayışdır. Bir sıra elm sahəsinin qovuşmasını əks etdirən və elmlərarası xarakter daşıyan gender araşdırmaları bioloji cinsin və müxtəlif cinsilik formalarının sosial və mədəni baxışdan reallaşmasını öyrənir . Mədəniyyət ilkin olan bioloji fərqləri «yoğurub» onları cəmiyyətdə prioritet qüvvəyə, münasibətlərə çevirir. Bu baxımdan gender araşdırmaları həm də kulturoloji bir xarakterə malikdir.
    Gender araşdırmaları öz adını «gender» adından almışdır. İngilis dilində «gender»in sözlük anlamı «cins» deməkdir. «Müasir elmdə bir termin kimi işlənən «gender» çoxmənalı anlayış olaraq cins, onun hüquqları, azadlıqları, vəzifələri və cinslərarası münasibətlərin (seksdən siyasətə qədər) bütün sahələrini əhatə edir» . Bununla belə, «gender» termininin işlədilməsi ilə bağlı elmi dairələrdə mübahisələr vardır. Ancaq «cins» və «gender» anlayışlarının şərhində getdikcə aydın və ortaq bir mövqeyə də gəlinmişdir. Belə ki, indi daha çox qəbul olunan tərifə görə, ayrı-ayrı cins kimi, kişi və qadın cinsi onların bioloji fərqini «gender» isə kişi və qadın anlayışının sosiomədəni münasibətlərini bildirir. ABŞ sosioloqu E. Qiddens «cins» və «gender» terminlərini şərh adərkən yazır: «Cins kişi və qadın arasındakı fiziki və bədən fərqləriylə bağlı olduğu halda, «gender» anlayışı onların psixoloji, sosial və mədəni xüsusiyyətlərinə toxunur» . Daha sadə şəkildə ifadə etsək, «cins» kişi və qadın arasındakı bioloji fərqi, «gender» isə kişi və qadın arasındakı sosiomədəni münasibətləri bildirir. Bu baxımdan gender araşdırmaları xalis qadın araşdırmalarından ayrılaraq daha geniş problematikanı əhatə edir.
    «Gender», «gender araşdırmaları» anlayışları ilə bağlı olaraq gender stereotipləri, gender identifikasiyası (özünüidentifikasiyası), gender stratifikasiyası kimi kateqoriyalar da müəyyənləşərək elmi dövriyyədə fəal iştirak edirlər.
    Bu gün cins mədəniyyəti ümümbəşər mədəniyyətinin tərkib hissəsi kimi qəbul edilir. Genderin və gender araşdırmalarının məqsədi də «cins»in insan mədəniyyətinin məhsulu olduğunu göstərmək, təsdiq etmək, cəmiyyətdə sosial rol təbəqələşməsinin sosiomədəni proses nəticəsində meydana gəlməsini bildirməkdir. Bu baxımdan da, gender nəzəriyyəsi bir növ metakulturoloji nəzəriyyə kimi çıxış edir.
    Yuxarıda deyildiyi kimi gender problemləri sosial-mədəni proseslə bilavasitə bağlı olub insan mədəniyyəti inkişafının doğurduğu problemlərdir. Bu isə məntiqi olaraq bu problemləri kulturologiya alminin araşdırma obyektinə çevirir. Eyni zamanda gender problemlərini psixologiya, sosiologiya, fəlsəfə, fiziologiya və s. kimi elmlər də tam hüquqla öyrənməkdədir.
    Müstəqil bir dövlət kimi Azərvaycan müasir dünya sivilizasiyasının ümumi axınından kənara çıxa bilməz. Hazırda dünyanın kiçildiyi və qloballaşmanın addımladığı bir şəraitdə Azərbaycanın öz ahəngdar inkişafı üçün dünya standartlarını özünün tarixi-milli spesifikasına uyğunlaşdırması bir həyat tələbi kimi çıxış edir. Bütün bunlar isə Azərbaycanda gender elmini, gendrologiyanın inkişafını tələb edir. Azərbaycanda gender problemlərinin psixoloji, siyasi, iqtisadi, sosioloji, fəlsəfi və s. baxımlar ilə bərabər kulturoloji baxımdan geniş və dərindən öyrənilməsi ölkəmizdə milli xüsusiyyətləri nəzərə almaqla cəmiyyətin tam şəkildə demokratikləşməsinə güclü təkan verəcək, bu prosesin ahəngdar inkişafını təmin edəcəkdir ki, bu da qüdrətli iqtisadiyyat, inkişaf etmiş mədəniyyət və güclü bir dövlət deməkdir.
    Azərbaycan özünəməxsus tarixi inkişaf yolunu keçmiş bir ölkədir. Bənzərsiz coğrafi şəraiti olan bu ölkə Avropa ilə Asiyanın qovşağında yerləşir. Müəyyən tarixi bir dövrdə İslam mühitinə, İslam aləminə daxil olan Azərbaycanda mədniyyət və cəmiyyətin tarix boyu inkişafında İslam dini dərin izlər buraxmış, öz ifadəsini tapmışdır. Azərbaycanda İslamaqədərki milli-mənəvi xüsusiyyətlər İslam dini ilə culğalaşaraq ömrünü davam etdirmişdir. Bütün bunları «Dədə Qorqud», «Oğuznamə» və s. kimi eposlarda, digər xalq yaradıcılığı məhsullarında aydınca izləmək mümkündür. Bunlar isə Azərbaycanda gender elmi üçün çox dəyərli qaynaqlardır.
    Azərbaycan ailəsi və Azərbaycan cəmiyyəti milli-dini dəyərlər ilə yoğrulmuş, buna görə də Qərb ailə və cəmiyyətindən çox cəhətdən fərqlənir. Azərbaycan özünəməxsus etnik-milli stereotiplərə malikdir. Azərbaycanda istərsə ailə, istərsə də sosial qrup, təbəqə səviyyəsində kişi və qadın qarşılıqlı münasibətləri Qərbdəkindən, eləcədə bir çox İslam Şərqi ölkələrindən xeyli fərqli olub. Xüsusi ilə Azərbaycan qadınları ailə və cəmiyyət həyatında tam hüquqsuz olmamışlar. Azərbaycan qadının cəmiyyət həyatında fəal tarixi roluna dair zəngin materiallar mövcuddur. Azərbaycanda gender elmi məhz bu deyilənləri, bu milli spesifikanı nəzərə almaqla inkişaf etdirilməlidir.
    Postsovet məkanına daxil olan digər ölkələr kimi Azərbaycanda gender problemlərinin öyrənilməsiylə yaxından, XX yüzilin axırları XXI yüzilin əvvəllərində məşğul olunmağa başlanmışdır. Daha dəqiq ifadə etsək Azərbaycanda gender anlayışı haqqında məlumat 1994-cü ildən yayılmağa başlamışdır. Son 10-15 ildə gender nəzəriyyəsinə, metodologiya və metodikasına, tarixinə dair bir sıra dəyərli araşdırmalar aparılıb. Burada filosoflar, psixoloqlar, pilotoloqlar, tibb mütəxəssisləri, mədəniyyətşünaslar xüsusilə fəallıq göstərmişlər. Bütün bunlar Azərbaycan mədəniyyətinin təbliğinə müsbət təsir göstərmişdi.

Xülasə

Demokratiyanın müasir mərhələsində gender problemi. Məqalədə ictimai inkişafın XX yüzilikdəki məhsulu olan gender probleminin mahiyyəti, inkişaf tarixi, cəmiyyətin daha demokratikləşməsində onun əvəzedilməz rolu şərh edilir.

Ãåíäåðíàÿ ïðîáëåìà äåìîêðàòè÷åñêîãî îáùåñòâî íà ñîâðåìåííîì åòàïå.  äàííîé ñòàòüå èññëåäóåòñÿ ñóòü ãåíäåðíîé ïðîáëåìû, èñòðîèÿ ðàçâèòèÿ, åãî íåçàìåíèìàÿ ðîëü â äàëüíåéøåì äåìîêðàòèçàöèè îáùåñòâî.

The gender problem of democratic society at modern stage. The essence of gender problem, history of development, its indispensable role in the further democratization of the society is investigated in the article.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az