Aygün Eyvazlı27.01.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Aygün EyvazlıKeçən yüz ilin 90-cı illərindən ölkəmiz böyük dəyişiliklər və yeniləşmələr mərhələsinə daxil oldu. Sürətli dəyişmələr, yeniləşmələr yüzili olan XXI yüzildə Azərbaycan Respublikasının dərin, köklü islahatlar tarixi başlandı. Dövlət müstəqilliyinin elanı, sosial-siyasi quruluşun dəyişməsi, yeni sosial strukturların meydana gəlməsi cəmiyyətdə, onun sosial institutlarında, şəxsiyyətlər arasında yeni münasibətlərin, milli-mədəni düşüncədə, əxlaq baxışlarında dəyişiliklərin, yeni keyfiyyətlərin yaranmasına səbəb oldu. Bu böyük dəyişmələr, yeni keyfiyyətlər cəmiyyət həyatının tənzimlənməsində başlıca rol oynayan cinslərarası (kişi-qadın) münasibətlər sferasında bütün kəskinliyi ilə göründü. Qadınların ictimai həyatda iştirakı olduqca genişləndi, onlar iqtisadi baxımdan daha müstəqil oldular, bir sıra ənəvi «kişi» mövqelərini mənimsəməyə başladılar. Bütün bu deyilənlərin nəticəsində ölkəmizdə yeni gender şəraiti yarandı. Cəmiyyət həyatının gender yanaşmasından təhlilinə Qərbdə keçən yüzilin ortalarından başlanmışdı. Digər postsovet məkanlarda olduğu kimi, ölkəmizdə bu təhlilin tarixi bir qədər gec başlayaraq 15-16 ili əhatə edir. «Gender», «Gender araşdırmaları» anlayışlarını, cəmiyyət həyatının gender təhlili və proqnozunu dünyanın müasir inkişafı diqtə etmişdir. Artıq məlum olmuşdur ki, ölkə və xalqların, bütün dünyanın yaxşı gələcəyi üçün, sülhün, yüksək rifahın bərqərar olduğu gələcək üçün gender bərabərliyinin gerçəkləşməsi lazımdır, gərəkdir. Gender bərabərliyi yüksək gender mədəniyyətidir. Yəni gender mədəniyyətinin cəmiyyətdə tam yerləşməsi gender bərabərliyinin gerçəkləşməsi ilə mümkündür. Bu isə qadın və kişilər arasında, şəxsiyyətlər arasında keyfiyyətcə yeni ünsiyyətin, münasibətin, sosial ədalətin, tarazlığın yaranması deməkdir. Gender bərabərliyinin gerçəklənməsi ilə cəmiyyəttin yeni nizamlı inkişafı təmin edilir. Son illərdə Azərbaycan Respublikasında qadınların sosial funksiyalarında, sosial fəaliyyət formalarında müsbət anlamda xeyli dəyişmə və yeniləşmələrin baş verdiyi danılmaz bir gerçəkdir. Bu gün ölkəmizdə qadın problemləri ilə məşğul olan onlarla strukturlar və qeyri-hökumət qadın təşkilatları rəsmi şəkildə fəaliyyət göstərməkdədir. Mübaliğəsiz olaraq demək olar ki, gender inkişafı baxımından ölkəmizin uğuru sevindiricidir. Bununla belə, Azərbaycan mədəniyyətində androsentrizm üstün mövqeyini qoruyub saxlamaqdadır. Bu isə gender assimmetriyasının, ənənəvi standartlaşmış təsəvvürlərin-gender stereotiplərinin qorunub saxlanılmasını təmin edir. Bu gerçəklik genderin inkişafı yolunda ölkəmizdə sosial institutlar, o cümlədən təhsil sistemi qarşısında çox işlərin görülməsini irəli sürür. Müasir cəmiyyətin bütövlükdə və onun ayrı-ayrı institutlarının hərtərəfli inkişafı təhsil sisteminin inkişafı olmadan mümkün deyil. Təhsil irəliləyişin, gözəl gələcəyin təminatıdır. Məlumdur ki, son illər ölkəmizdə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların bu müəssisələrdə kişilərlə bərabər hüquqda təhsil almasını təmin edir. Ümumiyyətlə, müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları bir mənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, «kişi və qadının eyni hüquqları və azadlıqları vardır». Təhsil müəsisələrində gender probleminə öncə iki nöqtədən yanaşmaq lazımdır. Birincisi təhsil sisteminin özündə, pedaqoji metodologiyada gender bərabərliyinə nail olmaq, ikincisi isə təhsil müəssisələrində gender tədrisinin, gender təhsilinin tətbiqidir. Ölkəmizdə və xaricdə bir çox araşdırmalar ənənəvi təhsil sisteminin, metodikanın çağdaş tələblər ilə ayaqlaşa bilmədiyini irəli sürür. Belə ki, təhsil müəssisələrində ənənəvi gender normaları, sosial və mədəni stereotiplər təlqin edilir və dəstəklənir, nəticədə gender şüuru formalaşdırılır. Beləliklə, bu müəsisələrdə «əsil kişi» və «əsil qadın» xarakteristikalarına- assimmetrik xarakteristikaya əsaslanan gender şüurunun sosial yenidənistehsalı baş verir. Bu isə gender assimmetriyasının, gender bərabərsizliyinin aradan qaldırılmasının qarşısını alır. Bütün bunlar yeni pedaqogika metedologiyasının (zamanla ayaqlaşan) təhsil prinsiplərinin tətbiqini qaçınılmaz edir. Bilindiyi kimi, gender, gender bərabərliyi yeni dünyagörüşü, yeni düşüncə tərzi deməkdir, ənənələrin yenidən dərki deməkdir. Milli özünəməxsusluğu, şəraiti nəzərə almaqla hər bir cinsin- kişi və qadının özünəməxsus stereotiplərinə, davranış formalarına həssaslıqla, ümumiyyətlə baza dəyərlərinə hörmətlə yanaşaraq təhsil müəssisələrində səmərəli şəkildə genderin təbliğatını aparmaq, əlverişli metodları, üsul və qaydaları tətbiq edərək təhsilin genderləşməsini həata keçirmək lazımdır. Bu məqsədlərə çatmaqda genderin təhsil müəssisələrində tədrisi və gender araşdırmaları həlledici rol oynayır. Azərbaycan Respublikasının təhsil müəsisələrində keçən yüzilin 90-cı illərindən başlayaraq gender intizamı-fənni tədris edilir. İlk dəfə gender 1999-cu ildə dövlət müəssisəsi olan BDU-nun «Sosial elmlər və psixologiya» fakultəsində təhsilə tətbiq edildi. Qeyri-hökumət təşkilatları sistemində isə bu təhsil yenə 1999-cu ildə Qadın İnstitutunda həyata keçirilmişdir. BDU-da genderin tədrisinə daha yüksək səviyyədə yanaşıldı. Burada Gender Araşdırmaları mərkəzi yaradıldı. 2002-ci ildə isə bu mərkəzin əsasında «Gender və tətbiqi psixologiya» kafedrası təşkil edildi. Bundan sonra gender müstəqil fənn kimi bütün fakultələrin tədris planına daxil edildi. Texniki təmayüllü fakultələrdə genderin tədrisinə 2003-cü ildən başlanıldı. Burada gender ayrı-ayrı aspektlərdən hər ixtisasa uyğun olaraq tədris edilir. Müxtəlif aspektdən genderin tədrisi sahəsində «Xəzər» və Qərb Universitetləri kimi özəl ali məktəblərdə də müəyyən təcrübə toplanmışdır. Gender tədrisi üçün müvafiq proqramların hazırlanmasında da xeyli təcrübə əldə edilmişdir. 1999\2000-ci ildə Z.Quluzadə, Ə.Abbasov, R.İbrahimbəyova, R.Mirzəzadə, S.Adıgözəlova tərəfindən hazırlanan və BDU-da tətbiq edilən «Tədris proqramları» təcrübəsi sonralar genişləndi və Xəzər Universiteti, Qərb Universiteti, Dövlət İdarəetmə Akademiyasında da gender problemləri üzrə tədris proqramları hazırlanıb tədrisə tətbiq edildi. Genderin tədrisi ilə bağlı «Münaqişə və sülh quruculuğu: problemə giriş» adlı Universitet kursunun yaradılması diqqətə layiqdir. Bu kurs başda BDU-olmaqla, 2003-cü ilin fevralından bir sıra dövlət və qeyri-dövlət (özəl) ali məktəblərində tədris edildi. Ali məktəblərdə tədris proqramları ilə bərabər genderin tədrisinə, genderologiyaya dair dərsliklər də hazırlandı. «Genderə giriş», «Genderologiyanın əsasları», bir sıra tədqiqat topluları bu yolda uğurlu addımdır. Ali məktəblərdə gender problemi ilə bağlı kurs işləri, diplom mövzuları yerinə yetirilir, seminarlar keçirilir. Bu təcrübələr getdikcə təkmilləşdirilir. Gender təhsilinin tətbiqi orta təhsil mərkəzlərində özünə yer eləməkdədir. Bu yolda fəaliyyət genişləndirilir. Bunun üçün müvafiq proqramlar, mövzular müəyyənləşdirilir. 16 iyul 2004-cü il tarixində «Təhsildə Gender bərabərliyi» adı altında keçirilən respublika elmi-praktik konfransı genderin tədrisi ilə bağlı əldə edilmiş təcrübəni yekunlaşdırıb əlverişli tövsiyyələr hazırladı. «Gender üzrə Respublika İctimai Kordinasiya Şurası» nın yaradılması təhsil müəsisələrində gender probleminin həlli yolunda dəyərli fəaliyyət oldu. Gender təhsilinin yüksək səviyyədə təşkili ümumiyyətlə, gender bərabərliyinin gerçəkləşməsi hüquqi bazadan, dövlət səviyyəsində gender siyasətindən çox asılıdır. Azərbaycan Respublikası Prezidenti H.Əliyevin «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında» 14 yanvar 1998-ci il tarixli və 6 mart 2000-ci il tarixli fərmanları təhsildə gender bərabərliyinin təmini üçün müstəsna əhəmiyyət daşıyır. Ümumiyyətlə ölkəmizdə gender təhsili, gender bərabərliyi üçün möhkəm hüquqi baza yaradılmış, bu sahədə işə davam etdirilir. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı